Allahın sonuncu və heç dəyişməyən vəhyi: Quran

Daha əvvəl də ifadə edildiyi kimi insanların böyük bir hissəsi əslində dinin xüsusiyyətləri olan sevgi, sülh, əmin-amanlıq, dostluq, mərhəmət, şəfqət kimi xüsusiyyətləri haqq dindənkənar yollarda, məsələn,karma kimi fəlsəfələrdə axtararlar.Halbuki, bunlar batil və azğın inanclardan qaynaqlanan fəlsəfələrdir.İnsanın fitrətini, necə xoşbəxt və hüzurlu olacağını bilən isə onu yaradan Allahdır.Bu səbəbdən, insan üçün ən doğru və ən gözəl yol Allahın özünə göstərdiyi yoldur.Allah qulları üçün seçdiyi haqq yolu və dini isə son vəhyi olan Quranda bildirmişdir.Allah Quran üçün“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”. (Bəqərə surəsi, 2)deyə bildirir.

Allah Özünü tanıtmaq, insanları, dünya həyatını və ölümü yaratma məqsədini bildirmək, axirətin, qiyamət gününün və hesab gününün varlığını xəbər vermək və insanlara məmnun olacağı gözəl əxlaqı izah etmək kimi daha bir çox hikmət ilə Quranı peyğəmbərimiz hz.Məhəmmədə vəhy etmişdir.Allah Qurandan əvvəl də bir çox peyğəmbərə vəhyini bildirmişdir.Ancaq bu ilahi kitablar zaman içində qismən təhrif edilmişlər.Quran isə son ilahi kitabdır və Allahın vədinə uyğun olaraq heç bir dəyişikliyə uğramamışdır.Quranın təhrif olunmaqdanqoruyacağını Allah bir ayəsində belə bildirir:

Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.(Hicr surəsi, 9)

İman edənlər Quranın Allah qatından olduğuna və insanlar üçün tək yol göstərici olduğuna qəti olaraq iman edərlər.Bunun bir çox dəlili vardır.Məsələn, Qurandakı bənzərsiz üslub və sahib olduğu üstün hikmət onun Allah qatından olduğunun çox açıq bir dəlilidir.Bununla yanaşı, Quran bir çox möcüzə ehtiva edir.Məsələn, Quranın endirildiyi dövrdə, yəni dövrümüzdən 1400 il əvvəl bilinməsi mümkün olmayan, hələ ötən əsrdə tapılmış bəzi elmi həqiqətlər Quranda bildirilir.(Ətraflı məlumat üçün baxın.Əlavə Bölüm 1: Quran Möcüzələri)

Quranda bəzi elmi həqiqətlərləyanaşı gələcəklə bağlı xəbərlər də verilmişdir.Bu xəbərlərin tarixi dövrərzindəbaş verməsi ilə Qurana aid bir çox möcüzə daha reallaşmışdır.(Ətraflı məlumat üçün baxın. Əlavə Bölüm 1: Quran Möcüzələri)

Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən bir başqası isə içində heç bir ziddiyyət olmamasıdır.Tarix boyunca dinə düşmən olan kəslər Qurana qərəzlidüşüncə ilə yaxınlaşmış, öz dayaz məntiqifikirləri ilə ziddiyyət tapa bilmək üçün böyük səy göstərmişlər.Halbuki, Allahın sözü olan Quranda tək bir ziddiyyət də yoxdur.Allah Quranın bu xüsusiyyətini bir ayəsində belə bildirir:

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.(Nisa surəsi, 82)

 

Quran doğrunu səhvdən ayıran bir rəhbərdir

Yer üzündə bir çox fikir, fəlsəfə və inanc vardır.Bunların bir çoxu həm bir çox batil və təhlükəli inanc, düşüncə və tətbiq, həm də qismən gözəl xüsusiyyətlərə malikdir.Məsələn,karma inancı əslində bir çox azğın və batil inancı özündə birləşdirir.Bir tərəfdən də insanların gözəl əxlaq içində yaşamalarını təşviq edən bəzi xüsusiyyətlərə sahibdir.Ancaq, nəyin həqiqətən yaxşı və nəyin həqiqətən pis olduğunu ayırmağın tək yolu Allahın bütün insanlığa tək rəhbər olaraq göndərdiyi Qurana baxmaqdır.Məsələn, bu kitab boyunca karma inancının bəzi xüsusiyyətləri izah edilmiş və bu xüsusiyyətlərin niyə doğru və ya səhv olduğu açıqlanmışdır.Bu izahlar verilərkən isə, tək ölçü və müraciət edilən qaynaq Quran ayələri olmuşdur.Məsələn, karmadakı reinkarnasiya inancı tənqid edilərkən Quran ayələri rəhbər olaraq götürülmüşdür.Çünki Allahın kitabındankənar qaynaqlar insan düşüncəsinin məhsullarıdır və mütləq doğru olmaları mümkün deyil.Tək mütləq doğru Allahın kitabıdır.Ondan kənar mənbələrə əsaslanaraq həyat quranlar yanlışa düşməkdənözlərini uzaq tuta bilməzlər.
Allah Quranın doğrunu səhvdən ayıran (Furqan) xüsusiyyəti üçün bir ayədə belə buyurur:

Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.(Ali İmran surəsi, 4)

Quran insanları qurtuluşa aparan, onları ölümdən sonrakı sonsuz həyatları üçün xəbərdar edən, doğru yolu göstərən, Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq istəyənlər üçün rəhbər olan yeganə kitabdır. Quranda təbliğ edilən İslam dini isə Allahın insanlar üçün seçdiyi tək dindir.Allah bir ayəsində bu həqiqəti belə bildirir:

İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.(Ali İmran surəsi, 85)