Karma inancında dünya həyatı

Daha əvvəl də ifadə edildiyi kimi,karma inancına görə bu dünya həyatında yaxşılıq edən bundan sonrakı həyatında yaxşılıqla, pislik edən isə pisliklə qarşılığınıalacaq.Bu səbəbdən,karma inancında dünya həyatıbundan əvvəlki həyatının bir nəticəsi və bundan sonrakı dünya həyatının səbəbidir.İlk baxışda ölümdən sonrakı yeni həyata dair bu fikirlərin karma inancına sahib insanların gözəl davranışlar etmələrinə səbəb olacağı düşünülə bilər.Yəni karma fəlsəfəsinə inanan insanlarınbundan sonrakı həyatlarında yaxşılıqla və gözəlliklə qarşılıqalmaq üçün gözəl davranışlar göstərməyə, pisliklərdən uzaq durmağa çalışacaqlarına inananlar ola bilər.

Ancaq, səmimi olaraq gözəl əxlaqlı olmağa qərar verməyən bir insan üçünkarma inancının ciddi mənada təşviq etmə təsiri yoxdur.Karmada insanlar bu həyat dairəsinin saysız olduğuna və hər ölümdən sonra mütləq təkrar diriləcəklərinə inandıqları üçün önlərində saysız şans olduğunu zənn edirlər.Buna görə bir insan hər hansı bir pislik etməyə qərar verdikdə, “bundan sonrakı həyatımda daha pis bir həyatla yaşasam belə, bunu sonrakı həyatımda düzəldə bilərəm” deyə düşünər.Bu səbəblə, belə çürük təməllər üzərində qurulmuş bir anlayış insanları pisliklərdən çəkindirməyəkifayət etmir.Çünki dünya həyatına bağlılıq insanların böyük bir hissəsinin əhəmiyyətli bir zəifliyidir.Reinkarnasiya kimi batil bir fikrə inanmalarının ən əhəmiyyətli səbəbi də bu bağlılıqları və dünya həyatından heç bir şəkildə imtina edə bilməmələridir.İnsanların davranışlarını köklü bir şəkildə düzəldərək gözəl əxlaqı yaşamaları isə, ancaq bu dünya həyatının həqiqi mənasını qavramalarıyla mümkün olar.

Dünya həyatının əsil istiqamətini bilən bir insan özünü və bütün kainatı yaradan onu qoruyan Rəbbimizə qulluq üçün yaradıldığını, hər etdiyindən, hər sözündən və düşüncəsindən Allaha qarşı məsul olduğunu və ölümündən sonra Ona hesab verəcəyini bilər.İnsanların Allaha qulluq üçün yaradıldıqları Quran ayələrində belə bildirilir:

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız.(Bəqərə surəsi, 21)

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.(Ənam surəsi, 102)

Allahın gücünü təqdir edə bilən, Allahın verəcəyiəzabdan qorxu duyan möminlər, yalnız Allaha ibadət edər, Onun əmrlərinə qeyd-şərtsiz tabe olar, pisliklərdən çəkinərək Rəbbimizi razı edəcək davranışlargöstərərlər.Möminlərin Allahdan qorxub çəkindikləri və bundan ötrü gördükləri gözəl qarşılıq Quran ayələrində belə bildirilir:

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.(Loğman surəsi, 33)

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.(Ali İmran surəsi, 15 )

Allahdan qorxub çəkinən möminlər həyatları boyunca Allaha olan qulluq vəzifələrini yerinə yetirmək, sonsuz və ağrılı-acılı bir əzabdan qorunmaq üçün ibadətlərində və gözəl əxlaq göstərməkdə qərarlı olarlar.Necə ki, Allah Quranın bir çox ayəsində ibadətlərin, qulluğun, gözəl əməllərin və əxlaqın davamlı olmasını təşviq etmişdir:

Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 52)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.(Məryəm surəsi, 76)

O kəslər ki, namazlarını həmişə qılırlar. (Məaric surəsi, 23)

Nəticə olaraq, bir insanın həqiqi mənada üstün bir əxlaqa sahib olmasının, mənfəətləri ilə zidd olsa belə gözəl əxlaqdan güzəştə getməməsinin tək yolu Allaha qarşı güclü bir sevgi və bağlılığı olması, Ondan qorxub çəkinməsi və Ona qulluqda qərarlı olmasıdır.Əks təqdirdə, hər insanın özünə aid bəzi gözəl xüsusiyyətləri ola bilər,ancaq bunlar ya sayılıdır, ya qısa müddətlidir və ya bəzi şərtlərə bağlıdır.Karma fəlsəfəsində də insanlara bəzi gözəl davranışlar tövsiyə edilir.Ancaq bunların davamlı olması mümkün deyil, çünki insanın hər şərtdə yaxşılıq etməsi üçün Allaha iman etməli, etdiyi hər şeyi Onun rizası üçün etməli, Onu tanıyıb təqdir etməli və Ondan qorxub çəkinməlidir.

 

Quranda dünya həyatınınsınaq yeri olduğu bildirilir

Quranda dünya həyatının bir dəfə yaşanacağı və bu həyatın məqsədinin insanların sonsuz həyatları üçün sınaqdan keçmələri olduğu bildirilir.Yəni insanların ölümü gördükdən sonra bir daha dünyaya qayıdıb etdikləri səhvləri düzəltmək imkanları yoxdur.Allah dünya həyatının məqsədinin nə olduğunu bir ayəsində belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
(Mülk surəsi, 2)

Dünya həyatı hər insan üçün Allahın qarşısına çıxardığı hadisələrlə sınandığı, gözəl əxlaq göstərib göstərməyəcəyinin sınandığı bir imtahan yeridir.Allah Quranda insanların“iman etdik deməklə onlardanəl çəkilməyəcəyini və mütləq imtahan ediləcəklərini”bildirir.(Ənkəbut surəsi, 2)
Bir insanın həyatı boyunca qarşısına çıxan heç bir hadisə təsadüfi deyil.Hamısı Allah tərəfindən bir sınaq olaraq yaradılmışdır və taleyində ən kiçik təfərrüatına qədər yazılmışdır.Məsələn, bir insanın zəngin və ya məşhur olması o insanın -karma inancında olduğu kimi- fərz edilən keçmiş həyatında etdiyi yaxşılıqların bir qarşılığı deyil.Allah o insanı zənginlik və şöhrət ilə sınayır.Əhəmiyyətli olan o adamın sahib olduqlarına görə azğınlaşıb azğınlaşmayacağı, naşükür yoxsa şükür edənlərdən olacağıdır.Eyni şəkildə, kasıblıq və çətinlik içində yaşayan bir insanın da keçmiş həyatındakı pisliklərinin qarşılığını gördüyü istiqamətindəki inanc batildir.Allah bu insanı da çətinlik və sıxıntı ilə sınayır.Bu həyatın yaradılmasının səbəbi isə, bu adamın qarşılaşdığı çətinliklər qarşısında Allaha təvəkkül edərək gözəl bir əxlaq göstərib göstərməyəcəyinin müəyyən edilməsidir.

Özünə dünya həyatında verilən bütün nemətlərin Allahdan böyük bir lütf olduğunu bilən, bunlar üçün şükür edən və sahib olduğu hər şeydən Quranda bildirilən sərhədləri qoruyaraq və Allahın razı olacağı şəkildə istifadə edən insan axirətdə gözəl bir qarşılıq görməyi ümid edə bilər.Ancaq bu nemətlərə sahiblənib, onların Allahın bir lütfü olduğunu unudan, bunlarla qürurlanaraq azğınlaşan və doğru yoldan azaraq harama yönələn insanlar üçün axirətdə pis bir qarşılıq vardır.Çünki hər insan etdiyi pisliyin və ya yaxşılığın qarşılığını axirətdə ən ədalətli şəkildə alacaq.Allah insanın sahib olduqlarının onun üçün yalnız sınaq olduğunu bir ayəsində belə xəbər verir:

Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.(Ənfal surəsi, 28)

Ayədə də bildirildiyi kimi, insan çətinlik və sıxıntılarlasınanacaq.Bu çətinliklərin şiddəti və forması isə tamamilə Allahın təqdirindən asılıdır.Bu şəkildə sınanan hər bir insan hər şəraitdə Allaha təvəkkül etməli, hər çətinliyin və sıxıntının özü üçün bir xeyir olduğunu düşünməli və səbir edərək Allahdan razı olmalıdır.Bu mövzu Quran ayələrində belə bildirilir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.(Bəqərə surəsi, 155-157)

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.(Ali İmran surəsi, 186)

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
(Ənam surəsi, 32)

Dünya həyatının həqiqitərəfini düşünərək görə bilən və bu həqiqətə görə yaşayan insanlar isə, ölümlərindən sonra sonsuza qədər davam edəcək olan əsil həyatlarını böyük bir xoşbəxtlik və hüzur içində keçirəcəklər.Bu, Allahın iman edənlərə bir vədidir və sonsuz rəhmət, şəfqət və mərhəmət sahibi olan Rəbbimiz, heç bir zaman vədindən dönməz.