Karma inancına görə reinkarnasiya

Karma fəlsəfəsinin nəticəsi olaraq reinkarnasiya, yəni insanın öldükdən sonra başqa bir bədənlə dünyaya yenidən gəlməsi inancı hind dinlərinə köklü surətdə yerləşmişdir. Karma və reinkarnasiya arasındakı əlaqə“Dinlər tarixi”adlı kitabda belə izah edilir:
Karma doktrinasına bağlı olaraq tənasuh, yəni ruhun bir bədəndən o birinə keçməsi inancı meydana gəldi.Beləcə, ölümdən sonra həmişəmövcud olma, ruhun bədəndən ayrı olduğu fikri inkişaf etmiş oldu.Bu inanca görə ruh öz dərəcəsi içində yüksək və ya alçaq olaraq doğular.İnsan etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğular.(Buna görə insan öz taleyinin memarıdır) Bu doğuş, bir səbəb-nəticə əlaqəsi içində reallaşar.Mənəvi və əxlaqi qarşılıq, yəni edilənlərin nəticəsində ruhun tənasuhu ilə mümkün olur.Sonrakı həyatda xoşbəxt olmaq, doğru hərəkətə bağlıdır.Hər kəs etdiklərinə görə məsuliyyətdaşıyır.Ölümdən qorxmağa gərək yoxdur.Davamlı yenidən doğuşlarla insan arzularına çatar, həmişərazı qalar.O,tanrı Brahmada yaşayar. Bu inancın hindliləri qüvvətli bir nikbinliyə çatdırdığı irəli sürülür.

Göründüyü kimi, karmada axirət inancı yoxdur,bunun yerinə davamlı ölüb, təkrar dünya həyatında eyni ruhla, lakin yeni bir bədənlə dirilmə inancı vardır.Ancaq bu, Allahın Quranda bildirdikləri ilə ziddiyyət təşkil edən, batil və azğın bir inancdır.

Bu fəlsəfədə diqqət çəkən digər bir azğın inanc isə, insanın bir ilah olaraq da doğula bilməsi inancıdır.Bu, tarix boyunca inanılan ən batil və həqiqətdən kənar iddiadır.Bu cür bir iddia açıq şəkildə Allaha şirk qoşmaq mənasını verir. Halbuki, məlumdur ki, heç bir insan ilah ola bilməz. Yalnız bir İlah var, O da uca Allahdır. O, nə doğmuş, nə də doğulmuşdur. Bütün kainatın və canlıların sahibi, yaradanı, qoruyucusu və ilahı Allahdır. Onun tayı-bərabəri yoxdur. Rəbbimiz olan Allah bu həqiqəti Quranın İxlas surəsində belə bildirir:

De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir bənzəri də yoxdur!” (İxlas surəsi, 1-4)

Bundan kənar bir inanca sahib olanlar doğru yoldan azanlardır və dünyada da ölümdən sonrakı həyatda da ziyana uğramış olanlar bunlardır.

 

Quranda reinkarnasiya yoxdur,ölüm və diriliş bir dəfədir

Reinkarnasiya heç bir ilahi qaynağa əsaslanmayan batil bir inancdır.Ancaq təkcə hind dinlərində deyil, dünyanın hər yerində reinkarnasiyaya inanan, daha doğrusu reinkarnasiyanın doğru olmasını istəyən insanlar var.Bunun səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən, ölümdən sonra yox olmaqdan və ya sonsuza qədər cəhənnəmdə qalmaqdan qorxan insanların reinkarnasiyanın bu qorxularını məğlub etmək üçün bir çıxış yolu olaraq görmələridir.Çünki reinkarnasiya inancının təməlində də ölümdən qorxmamaq lazım olduğu və insanın yenidən doğuşlarla arzularına çata biləcəyi istiqamətində həqiqətdənkənar bir təlqin durur.
Halbuki, Quranda ölümün və dirilişin bir dəfə olduğu bildirilir.Hər insan dünyada yalnız tək bir həyat yaşayar, bu həyatından sonra ölər və ölümündən sonra təkrar dirildilərək dünyada bütün əməllərinə görə sonsuza qədər cənnətdə və ya cəhənnəmdə qalmağalayiq görülər.Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı vardır.İnsanların öldükdən sonra dünya həyatına geri qayıda bilməyəcəkləri Quranda çox açıq şəkildə bildirilir:

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya qayıtmayacaqlar.(Ənbiya surəsi, 95)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.
(Muminun surəsi, 99-100)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, insanların bir hissəsi ölüm ilə qarşılaşdığı vaxt təkrar dirilməyi ümidedəcək.Ancaq özlərinə bunun qətiyyən mümkün olmadığı o an açıqlanacaq.Allah bir başqa ayəsində insanların ölümü və dirildilməsi ilə əlaqədar bunları bildirir:

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)

Yuxarıdakı ayədə göründüyü kimi, insan başlanğıcda ölüdür, yəni yaradılışının əsası başlanğıcda torpaq, su, palçıq kimi cansız maddələr ibarətdir.Daha sonra Allah bu cansız yığına “bir nizam içində şəkil verib” dirildər.Bu dirilişdən müəyyən bir müddət sonra insan həyatı sona çatınca təkrar öldürülər və torpağa geri qayıdar, çürüyüb toz halına gələr.Bu da insanın ikinci dəfə ölü vəziyyətində olmasıdır.Növbəti mərhələ isə son dəfə dirildilməsidir.Bu da axirətdəki dirilməsidir.Hər insan axirətdə dirildiləcək və bir daha geri qayıtmağın mümkün olmadığını anlayaraq dünyada etdiyi hər şeyin hesabını verəcək.

Digər ayələrdə də insanın dünyaya gəldikdən sonra tək bir ölümdən başqa ölüm dadmayacağı belə bildirilir:

Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur. Sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 56-57)

Yuxarıdakı ayələrölümün yalnız bir dəfə olduğunu son dərəcə açıq və qətişəkildə göstərir.İnsanlar hər nə qədər ölüm və axirət qorxularını məğlub etmək və özlərini təsəlli etmək üçün reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də,həqiqət, öldükdən sonra bir daha dünyaya gəlməyəcəkləridir.Hər insan yalnız bir dəfə öləcək və bu ölümündən sonra Allahın təqdiri olaraq sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq.Allah hər insanı dünyada etdiyi yaxşılıq və ya pisliklərə görə cənnətlə mükafatlandıracaq və ya cəhənnəmlə cəzalandıracaq.Allah sonsuz ədalət sahibi, sonsuz mərhəmətli və şəfqətli olandır və hər kəsə etdiyinin qarşılığını əskiksiz olaraq verəndir.

Ölümdən və ya cəhənnəmə düşmək ehtimalındanqorxaraq batil inanclarda təsəlli axtarmaq isə, heç şübhəsiz ki, insanı çox böyük bir ziyanasalar.Ağıl və vicdan sahibi bir insan bu istiqamətdə bir qorxusu varsa, cəhənnəm əzabından xilas olub cənnəti ümid edə bilmək üçün səmimi bir qəlblə Allaha yönəlməli və insanlar üçün tək hidayət rəhbəri olan Qurana tabe olmalıdır.