Karma inancına görə axirət

Karma inancının yer aldığı dinlərdə axirət inancı yoxdur.Əvvəlki hissələrdə də izah etdiyimiz kimi, bu həqiqətdənkənar iddiaya görə bir insan hər ölümündən sonra təkrar dünyaya gəlir və bu dövran həmişə davam edir.

Hinduizmə görə insan hər dünyaya gəlişində, bir əvvəlki həyatındakı yaxşılıq və ya pisliklərinə görə fərqli bir kastadadoğular.Bilindiyi kimi Hindistanda cəmiyyət içində kasta (ictimai qrup) sistemi hələ də qalır və bir insan dünyada nə edirsə etsin, aid olduğukasta dəyişməz.Kölə olaraq doğulan mütləq kölə olaraq ölər və ya işçi olaraq doğulan işçi olaraq ölər.Hər insanın hansı kastada doğulacağının isə, bundan əvvəlki həyatında etdikləri ilə bağlı olduğuna inanılır.Məsələn, bu həyatında kölə olaraq yaşayan bir insan, əgər yaxşı işlər görsə, karma iddiasına görə bundan sonrakı həyatında bundanyuxarı kastada doğulacaq.

Yenə bu həqiqətdənkənar iddiaya görə, hər dünyaya gəlişində “yaxşı karması olan” bir insan hər səfərində əvvəlkindən yuxarı kastada doğular və son olaraq da ən yuxarı kastada bir rahib olaraq dünyaya gələr.Rahib olaraq yaxşı işlər görən insanın isə bir daha dünyaya gəlməyəcəyinə inanılır.Belə bir insanın “Həyat dairəsi” nin qurtardığına və “Nirvanaya çatdığına” inanılır.
Bu batil inanca görə “Nirvanaya çatmaq” bir insanın bütün dünyəvi arzularından sıyrılıb, “Dünya ruhu” olaraq xarakterizə edilən Brahmanın ruhuna qayıtması, Brahma ilə birləşməsi mənasını verir.Hind dinlərində bir ruhun çata biləcəyi ən böyük xoşbəxtliyin bu olduğuna inanılır.Bu səbəbdən, bu səhv inanca görə bir insan hər dünyaya gəlişində yaxşılıq etsə belə, bunun nəticəsində bir axirət həyatı ilə qarşılaşmaz və Brahmanın ruhuna dönərək, onun ruhu ilə birləşər.

Buddizmdə axirət inancının olmadığını Sanskrit və Müqayisəli Filologiya professoru E. Washburn Hopkins,“The Religions of India”(Hindistan dinləri) adlı kitabında belə izah edir:

Unutmamalıyıq ki, Buddanın qurmuş olduğu sistemin məntiqi onu bu dünyada xoşbəxt olmamış kəslərin xoşbəxt ola biləcəyi başqa bir aləmin varlığını qəti inkara aparmışdır.O, o biri dünyanı inkar edən düşüncəsində israr edərək şagirdlərini və tədqiqatçılarınıinsanın ölümdən sonrakı taleyini araşdırmaqdan və bu mövzuda sual soruşmaqdan yayındırmaq üçün hər yola əl atmışdır.Budda Nirvanaya çatmağın varlığın yox olmasına gətirib çıxardığına inanmış və heç bir zaman ölümsüz bir varlıq fikrini qəbul etməmişdir.Onun israrla üzərində dayandığı xüsus hər kəsin karma və yenidən doğulma doktrinalarını tam mənasıyla qəbul edərək mümkün olduğu qədər tez içində olduğu çətin doğum-ölüm dairəsindən bir an əvvəl xilas olmağa səy göstərməsidir.Bunun üçün dəayıq, aydın və yaxşı bir mömin olmaq müvəffəqiyyətin təməl şərtidir.

Bəzi buddist qaynaqlarda isə ölümdən sonrakı həyatla əlaqədar olaraq bu məlumatlar verilir:

Yenidən doğum istər cənnətdə, istərsə də cəhənnəmin müxtəlif təbəqələrinin birində reallaşmış olsun, bəhsi keçən bu məkanlardakı həyat eynilə yer üzündəkilər kimi keçicidir, əbədi deyil.Fərdin bu məkanlardakı qalma müddəti hinduizmdə olduğu kimi, onun yer üzündə ikən etdiyi yaxşılıq və pisliyin miqdarına bağlıdır.Təyin olunan müddətin başa çatmasından sonra yenidən yer üzünə qayıdacaqdır.Cənnət və cəhənnəm fərdin yer üzündəki hərəkətlərinin qarşılığını gördüyü müvəqqəti həyat təbəqələrindən başqa bir şey deyil.

Göründüyü kimi, karmaya görə insanların etdiklərinin qarşılığını aldığı bir növ cənnət və cəhənnəm inancı vardır.Ancaq, haqq bir dinə aid olmadığı üçün bu inancda bir çox ziddiyyət və məntiqsizlik var.Hər şeydən əvvəl haqq dində bildirildiyinin əksinə cənnət və cəhənnəmin əbədi deyil, müvəqqəti olduğu iddia edilir.

Ən məntiqsiz istiqaməti isə, bütün bu sistemin özbaşına işlədiyinə inanılmasıdır.Yəni bu inancda nə dünya həyatını, nə də cənnət və cəhənnəmi yaradan, insanlara etdiklərinin qarşılığını verən bir Yaradıcının varlığı qəbul edilməz.Bu, son dərəcə məntiqsiz və qəbul edilməsi imkansız olan bir iddiadır.Bir yaradıcı güc, ədalətlə hökm edən, cənnəti və cəhənnəmi yaratmağa qadir uca bir qüdrət olmadan, insanların cənnət və cəhənnəmə gedəcəkləri iddiası, ağıl və vicdanla qəbul edilə bilməz.

Həmçinin,karma fəlsəfəsində bunlar iddia edilərkən cənnət və cəhənnəmin bir Yaradıcı olmadan necə meydana gəldiyinə dair heç bir izah yoxdur.Yalnız bir ənənə və xurafat olaraq belə azğın bir inanc irəli sürülür.

 

Quranda təsvir edilən axirət inancı

Yuxarıda da bəhs edildiyi kimi,karma fəlsəfəsini mənimsəyən dinlərdə axirət inancı ya heç yoxdur, ya da axirətdən müvəqqəti yaşayış yeri olaraq bəhs edilir.Halbuki, Allah Quranda insanların qısa bir müddət dünyada yaşadıqdan sonra sonsuza qədər “əsil yurdları” olan axirətdə qalacaqlarını bildirir.Quranda təsvir edildiyinə görə əsil müvəqqəti olan yer dünya həyatıdır.Hər insan orta hesabla 50-60 illik dünya həyatı boyunca bütün etdiklərinin qarşılığını cənnətdə və ya cəhənnəmdə alacaq.Bu həqiqət Quranda belə bildirilir:

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsil həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
(Ənam surəsi, 32)

Axirətə iman etmək İslam dininin ən başlıca mövzularından biridir.Buna görə bir müsəlmanın axirətin varlığını inkar edən bir inancı doğru qəbul etməsi və ya bu inancı özünə rəhbər tutması mümkün deyil.Bu batil inancı qulaqdan duymaməlumatlarla, kiməsə oxşamaq səbəbiylə, ya da moda olduğu üçünmənimsəyənlər bu həqiqəti mütləq göz qarşısında saxlamalıdır.Çünki Allah axirəti yalan sayanların vəziyyətlərini Quranda belə bildirir:

Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı?(Əraf surəsi, 147)

Ayədə də bildirildiyi kimi, Allahın ayələrini və axirətin varlığını inkar edən bir insanın əməllərinin yaxşı bir qarşılığı olmayacaq.Bunlar yaxşılıq da olsa, əgər Allahın razılığı, rəhməti və cənnətini qazanmaq üçün edilməzsə, dünyaya təkrar gələcəyinə inanaraq bir sonrakı həyatında daha yaxşı bir həyata sahib olmaq kimi batil məqsədlər üçün edilərsə, -Allahın diləməsi xaricində- Rəbbimizin qatında bir savabı olmaya bilər.

 

Cənnət və cəhənnəm həyatı sonsuza qədər davam edəcək

Karma fəlsəfəsinə inananların müdafiə etdiklərinin əksinə, cənnət və cəhənnəm müvəqqəti məkanlar deyil.Hər ikisi də sonsuza qədər davam edəcək.Həmçinin cənnətə girənlərin cənnətdən çıxmayacaqları kimi, cəhənnəmə girənlərin bir qismi də əsla cəhənnəmdən çıxa bilməyəcəklər.Təkcəkarma fəlsəfəsində deyil, xalq arasında məşhur olan bir çox inancda cəhənnəmin müvəqqəti olduğuna, insanların əzab görüb cəzalarını çəkdikdən sonra cəhənnəmdən çıxacaqları haqda batil bir inanc var.Ancaq bu qətiyyən doğru deyil.Cəhənnəmə girən insanlardan bir qismi etdiklərinin qarşılığı olaraq cəhənnəmdə sonsuza qədər qalacaq.Allah bu həqiqəti insanlara belə bildirir:

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)

 

Ölümlə yox olmaqdan qorxanlar,cəhənnəmdə sonsuza qədər yox olmağı istəyəcəklər

İnsanların bir qisminin reinkarnasiyaya inanmağının ən əhəmiyyətli səbəblərindən biri daha əvvəl də qeyd edildiyi kimi, ölümlə birlikdə yox olmaq qorxularıdır.Bu fikir inancsız və ya zəif imanlı insanları çox qorxutduğu üçün ya ölüm haqda heç düşünmək istəməzlər, ya da reinkarnasiya kimi batil düşüncələrə inanaraq özlərini təsəlli etməyə çalışarlar.

Halbuki, ölümlə birlikdə insan yox olmaz.Yox olan yalnız insanın bədənidir.Ruhu isə sonsuza qədər yaşayacaq.Ancaq bu yeni həyat reinkarnasiya inancında olduğu kimi, yeni bir dünya həyatı deyil, axirət həyatıdır.Hər insan dünya həyatında etdiklərinin qarşılığını alacaq;ya sonsuz nemətlərin olduğu, saysız gözəlliklərlə təchiz edilmiş, xoşbəxtlik və hüzur dolu cənnət həyatıyla, ya da dözülməz iztirab və əziyyətlərlə dolu cəhənnəm odu iləqarşlığını alacaq.Etdiklərinin qarşılığı sonsuz cəhənnəm əzabı olan inkarçılar bu əzabla qarşılaşmamaq üçün ölümü və yox olmağı minlərlə dəfə arzulayacaqlar, ancaq bu dünya həyatlarındakı inkarlarının qarşılığını ən ədalətli şəkildə alacaqlar.Allah cəhənnəm əhlinin vəziyyətlərini ayələrdə bu şəkildə bildirir:

Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.(İnşiqaq surəsi, 10-14)

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”(Furqan surəsi, 13-14)

Cəhənnəm əzabı o qədər şiddətli və ağrı-acılı olacaq ki, dünyada ölümdən və yox olmaqdan qorxaraq batil inanclara sarılanlar, Allahın dinindən üz çevirənlər, Allahı və axirəti inkar edənlər, o çox qorxduqları yox olmağı cəhənnəm əzabının əvəzinə istəyəcəklər.

Qurandan, axirətin varlığından və cəhənnəmdəki sonsuz əzab ilə, cənnətdəki sonsuza qədər davam edəcək olan fövqəladə gözəllikdəki həyatdan xəbərdar olan hər insan bu həqiqətlər üzərində səmimiyyətlə və diqqətlə düşünməlidir.Cəhənnəm əzabının var olduğuna bir az olsun ehtimal verən bir insanın, bu əzabı düşünməkdən qaçması ağıllı və vicdanlı bir davranış deyil.Üstəlik, belə davranmaq insanın sonsuza qədər çox böyük peşmançılıqlar yaşamasına da səbəb olar.İnsanın qarşısında cəhənnəm əhlindən olmaq kimi dəhşət verici bir ehtimal var ikən bu düşüncəni ağlından çıxarmağa çalışaraqsanki qısa dünya həyatının “dadını qaçırmamağa” çalışması böyük bir ağılsızlıqdır.Əksinə insan bu əzaba layiq olmamaq üçün çox ciddi bir səy göstərməli, Allahın Quranda bildirdiyi gözəl əxlaqa həssaslıqlatabe olmalı, dünyada özünə verilən müddəti axirət üçün ən yaxşı şəkildə qiymətləndirməlidir.Çünki insan hələ ölüm özünə gəldiyi anda həqiqətləri bütün açıqlığı ilə görəcək.Ölüm qorxusu ilə həqiqətləri düşünməkdən qaçan insanların o andakı söhbətləri Quranda belə xəbər verilir:

Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”(Qaf surəsi, 19-26)