Karma ədaləti təmin edə bilməz, həqiqi ədalət sahibi olan Allahdır

Hind dinlərində karma fəlsəfəsinin səbəb-nəticə qanunu olduğuna və insanlara etdiklərinin qarşılığını verənin bu qanun olduğuna inanılır.Yəni bu qanunu təyin edən və tətbiq edən bir Yaradıcının varlığı qəbul edilməz.Karma qanununun öz-özünə işlədiyinə inanılır.Məsələn,xeyriyyə qurumlarına maddi yardım edən bir insanın bu hərəkətinin nəticəsinin digər həyatındakı xoşbəxtlik olacağı qəbul edilir.6Amma təbii ki, bunu təşkil edən bir güc və iradə olmadan belə metafizik bir qanun mövcud ola bilməz.

Karma fəlsəfəsinin insan ağlına ən zidd istiqamətlərindən biri, “bir əxlaqi dəyərin özbaşına, bir qanun tətbiq edən olmadan işlədiyinə” inandırmağa çalışmasıdır.Halbuki, insanların özlərinin hazırladığı qanunları belə icra etdirən təşkilatlar və orqanlar var.Məsələn, bir oğrunun alacağı cəza hər ölkənin öz qanunlarına görə təyin olunmuşdur.Ancaq bu qanunlar heç bir zaman özbaşına işləməz, mütləq bunları icra etdirən orqanlar, təşkilatlar, səlahiyyətli kəslər vardır.Məsələn, bir insan oğurluq etdiyində o qanun təbii olaraq işləməyə başlayaraq o oğrunu təbii olaraq həbsə atmaz.Bunun üçün polis, hakim, prokuror və məhkəmələr qanunları icra edərlər.Hakimlər qanunlara görə ədalətlə hökm verər və günahkar adam etdiyinin qarşılığıolan cəzanı alar.

Karmanın özbaşına işləyən bir qanun olduğunu iddia etmək isə, bir ölkənin qanunlarının öz-özünə, heç bir icra orqanı olmadan işlədiyini söyləməkdən çox daha məntiqsizdir.Düşünün ki, bu məntiqə görə dünyada bu günə qədər yaşamış olan milyardlarla insan dünya həyatında hər nə edirsə bunun tam qarşılığı olan bir həyatı əldə edəcək.Yaxşı, elə isə, bir insanın bu dünyadakı rəftarlarını kim müşahidə edəcək, onun yaxşı yoxsa pis olduğuna kim qərar verəcək və buna görə onun bundan sonrakı həyatını indiki həyatına görə kim təyin edəcək?Əgər bir insanın gələcəkdəki həyatı bu həyatına görə müəyyənləşirsə, bu həyatı təyin edən, hazırlayan, o insan üçün bir tale təsbit edən bir güc mütləq mövcud olmalıdır.Ancaq, karma inancında belə bir gücə inanılmaz.Bu ağıl və məntiqdən kənarinancda, “Karma qanunu” deyilən, nə olduğu məlum olmayan bir anlayışın bütün bunları öz-özünə sistemləşdirdiyinə inanılar.Üstəlik, qərar və hökm vermə gücü olmayan bu anlayışın, insanlara ədalətlə davrandığı, hər kəsə etdiyinin qarşılığını tam olaraq, əksiksiz, unutmadan və yanılmadan verdiyi düşünülər.Bunlar ağıl sahibi insanların, bir az belə düşündüklərində məntiqsizliyini dərhal görə biləcəkləri son dərəcə batil iddialardır.

Digər tərəfdən, karmaya inanan insanların bir qismi də daha əvvəlki inancları istiqamətində xəyali “Karma qanunu”nun Allahın iradəsi ilə işlədiyini inanarlar.Yəni, bu düşüncəyə görə bir insanın bu dünyadakı karmasının yaxşı yoxsa pis olduğuna Allah qərar verər və buna görə digər həyatındakı şərtlərini hazırlayar.Ancaq bu insanların unutduğu əhəmiyyətli bir həqiqət vardır: Allahın insanlar üçün seçdiyi və Quran vasitəsi ilə bildirdiyi haqq dində karma inancı yoxdur.Bu kitab boyunca da izah edildiyi kimi, karma Quranda yer almayan, İslam inancı ilə ziddiyyət təşkil edən bir çox xüsusiyyətə sahib batil bir inancdır.Bu səbəbdən, Allahın varlığına inanan insanların batil inancların, xurafatların arxasından getməmələri, Qurana möhkəm sarılmaları lazımdır.

 

Yaxşılıqların qarşılığını verənsonsuz ədalət sahibi olan Allahdır

Allahın varlığına inanan, ağlı və vicdanı ilə düşünən hər insan ədaləti təmin edən, hər insana dünya həyatı boyunca etdiklərinin qarşılığını əksiksiz ödəyənin karma qanunu deyil;hər şeyi hər an görən, hər kəsin ən gizlisini bilən, üstün və güclü, bütün kainatın hakimi olan Allah olduğunu bilir.
Allah bir çox ayəsində yaxşılıqların və pisliklərin qarşılığını əskiksiz olaraq verənin Özü olduğunu bildirir:

Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.(Ənam surəsi, 160)

Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.(Hud surəsi, 115)

... Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. (Yusif surəsi, 90)

Allah hər insanın etdiklərinin qarşılığını həm dünyada, həm də axirətdə ən ədalətli şəkildə verər.Məsələn, Allah yaxşı insanlara qarşı mübarizə apararaq, onlara çətinlik törədənləri dünyada da, axirətdə də cəzalandıracağını bildirir.Allah sonsuz ədaləti ilə həm pislik edənləri cəzalandırar, həm də onların yaxşılara qurduqları tələləri pozar, işlərini çətinləşdirər, onlara çətin və sıxıntılı bir həyat yaşadar.Yaxşılıq edənləri isə dünyada da qoruyar, onlardan pislikləri uzaq tutar, çətinlikləri onlar üçün asanlaşdırar, onlara gözəl bir həyat vəd edər.Allah bu həqiqəti Quran ayələrində belə bildirir:

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 25-26)

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(Nəhl surəsi, 97)

Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.(Leyl surəsi, 5-10)

Yaxşı və pis insanın dünya həyatı boyunca etdiklərinin qarşılığını tam olaraq alacaqları vaxt isə hesab günüdür.

 

Allahın sonsuz ədaləti hesab günündə təcəlli edəcək

Karma inancının iddiasına görə hər insan etdiyinin qarşılığını bundan sonrakı həyatında alar.Məsələn, pislik edən bir insan bundan sonrakı həyatında bir bitki olaraq və ya kölə olaraq doğular.Yaxşılıq edən, yardımedənlər isə yeni həyatlarında zəngin və ya məqam sahibi insanlar olarlar.Halbuki, daha əvvəl də qeyd etdiyimiz kimi bu, həm yaxşılıqların və pisliklərin tam qarşılığı deyil, həm də insanlar dünyaya dəfələrlə gəlməzlər.Yalnız bir dəfə dünyaya gəlinər və dünya həyatından sonra sonsuza qədər davam edəcək olan axirət həyatı, yəni insanın əsil həyatı vardır.

Hər insan ölümündən sonra hesab günü gəldiyində dirildiləcək və dünya həyatında etdiklərindən sorğu-sual olunacaqdır.Bu sorğu-sual zamanı isə, həyatı boyunca hər etdiyi, hər danışdığı və hər düşündüyü tək-tək önünə gələcək, əlinə verilən kitabda elə bir şey yoxdur ki,olmasın.Hətta iman etməyənlərin o gün önlərinə kitabları qoyulduqda yaşayacaqları heyrət bir ayədə belə bildirilir:

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!(Kəhf surəsi, 49)

İnsanların bütün dünya həyatından sorğu-sual olunduqları bu hesab günündə heç bir insan ən kiçik bir haqsızlığa belə məruz qalmadan etdiklərinin qarşılığını görəcək.Allah bunu bir ayəsində belə bildirir:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.(Ənbiya surəsi, 47)

 

Yaxşılıq edənlər cənnət ilə, pislik edənlər isəcəhənnəm ilə etdiklərinin qarşılığınıalar

Ölümlərindən sonra dirildilən insanlar Allahın ədaləti ilə sorğu-sual olunduqdan sonra sonsuza qədər qalacaqları əsil məkanlarına, cənnət və ya cəhənnəmə gətiriləcəklər.Hər insanın etdiyinin qarşılığınıala bilməsi üçün cənnət və cəhənnəm də dərəcə dərəcədir:

Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar. Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır.
(Taha surəsi, 74-76)

Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
(Əhqaf surəsi, 18-20)

Hər insana ən kiçik bir haqsızlıq edilmədən bütün əməllərinin tam qarşılığını vermək ancaq Allaha məxsus bir xüsusiyyətdir.Allah hər şeyi görən və bilən, bağışlayan, mərhəmət edən, heç bir şeyi unutmayan, heç bir zaman yanılmayan və ədalətli olandır.

 

Allah hər şeyi bilən, görən və eşidəndir

Yer üzündə olan hər şey Allahın məlumatı daxilindədir.Buna, yerə düşən tək bir yarpaqdan, bir insanın ağlından keçirdiyi düşüncələrə qədər hər şey daxildir.Allah bir ayəsində belə bildirir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Məsələn, iki adam aralarında gizli bir söhbət etdiklərində bunun yalnız öz aralarında qaldığını zənn edərlər.Halbuki, o anda onların yanında Allah vardır.Onların gizli danışıqlarını, hər cür gizli söhbətlərini Allah eşidir və bilir.Ancaq, Allahın varlığından qafil olan insanlar gizli söhbətlər əsnasında pislikləri hazırlayarkən, bunların gizli qalacağını və heç bir zaman bilinməyəcəyini, bu səbəbdən, bu pislik planları ucbatından bir qarşılıq görməyəcəklərini zənn edərlər.Halbuki, Allah onları hər an görür və eşidir:

Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?
(Tövbə surəsi, 78)

Hər şeyi bilən və görən Allah hesab günündə insanlara etdiklərinin əvəzini verərkən, onların gizli qaldığını sandıqları davranış və düşüncələrini də ortaya çıxaracaq.Allah gizlidən daha gizli olanları da bildiyini Quranda insanlara belə bildirir:

Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir.
(Ta ha surəsi, 6-7)

Hesab günündə heç bir şeyin Allahdan gizli qalmayaraq ortaya çıxacağı və Allahın hər kəsə ədalətlə qarşılığını verəcəyi isə belə bildirilir:

Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları Görüş günü ilə qorxutsun. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mömin surəsi, 15-17)

Ədalətlə hökm vermək üçün o insan və hadisələr haqqında görünən və görünməyən bütün təfərrüatları bilmək lazımdır.Məsələn, bir insanın o hərəkəti hansı niyyətlə etdiyi, heç kimin görmədiyi yerlərdə və zamanlarda nə düşündüyü və nə etdiyi kimi hər şey bilinməli və ona görə qərar verilməlidir.Hər şeyi bilən, qeybi görən yalnız Allahdır.Bu səbəblə, insanlar arasında mütləq ədalətlə hökm edə biləcək olan yalnız Allahdır.Allahın Xəbir, yəni hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan olduğu bir ayədə belə bildirilir:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.(Həşr surəsi, 18)

Karma inancı kimi hər hansı bir ağıla, şüura, gücə sahib olmayan, yalnız insanlar tərəfindən bu cür adlandırılaraq “uydurulan” xəyali bir qanunun isə “gizlinin gizlisini bilmək”, “xəlvəti danışıqları eşitmək” kimi yalnız Allaha aid xüsusiyyətlərə sahib olmadığı aydındır.Yalnız insanların uyduraraq adlandırdıqları bir anlayışın hər hansı bir güc və iradəyə sahib olması gözlənilə bilməz.Bunun əksini söyləmək, son dərəcə axmaq və məntiqsiz bir iddiadır. Bu, hər hansı bir insanın öz-özünə bir anlayış çıxarıb, sonra bu anlayışın insanlar arasında ədalət yayacağını, bu anlayışın dünyada müharibələrə son verəcəyini, bu anlayışı hər gün təkrar edən insanların bir gün zəngin olacağını iddia etməsi ilə eynidir.Bunlar tamamilə batil inanclardır və heç bir tutarlı cəhəti yoxdur.Bir yerdə ədalət olması üçün, o ədaləti təmin edən bir iradə olmalıdır.Karma isə, yalnız bir söz, fəlsəfədir.Bir az düşünüldükdə belə, karma fəlsəfəsinin nə qədər ağıl və məntiqdən kənar bir inanc olduğu görünəcək.

 

Allah heç bir şeyiunutmaz və yanılmaz

Allah insanlar arasında ədalətlə hökm edərkən hər hadisəni, hər danışığı qiymətləndirər və ən doğru, ən xeyirli hökmü verər.Onsuz da bunların hamısını yaradan Özüdür.Ancaq bəzi səthidüşüncəyə sahib insanlar Allahın hər şeyi bildiyini və hifz etdiyiniheç cür qavraya bilməzlər.Bu insanlara Quranda verilən nümunələrdən biri hz.Musa zamanında yaşayan Firondur.Hz.Musa Allahın hər insana doğru yolu göstərdiyini söylədiyində Firon böyük bir cahillik nümunəsi sərgiləyərək ilk nəsillərin vəziyyətinin nə olacağını soruşmuşdur:

Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”
(Taha surəsi, 50-52)

Allahın “xəta etməyən və unutmayan” olması, Allahın sonsuz ədaləti ilə birlikdə təcəlli edən xüsusiyyətlərindəndir.Məsələn, insan aciz və unutqan bir varlıq olduğu üçün dostunun etdiyi yaxşılığı və ya pisliyi unuda bilər.Ya da hadisələrin təfərrüatlarını səhv və ya əskik xatırlaya bilər.Bu isə, onun ədalətlə düşünməsinə, doğru qərar verməsinə çox vaxt mənfi istiqamətdə təsir edər.Halbuki Allah, Hafizdir.Yəni, “edilən işləri bütün təfərrüatlarına qədər yadında saxlayan”dır.Məsələn, bir insanın ibtidai məktəbə başladığı günkü hər vəziyyəti, hər danışığı, yerişi, rəftarı Allah qatında bütün canlılığı ilə, o günkü halının tam eynisi ilə hazır və canlı olaraq var və ya hz.İbrahim dövründə yaşamış bir cütçünün tarlasına ilk əkin əkdiyi günkü halı da Allahın yaddaşındadır.Hesab günündə də bütün bu təfərrüatlar, eyni yaşandıqları ilk günkü kimi canlı, həqiqətən yaşanaraq hazır olacaq.
Qısacası, Allah heç bir şeyi unutmaz və hər şey, hər an Rəbbimizin yaddaşında yaşanar.Bu səbəblə, hər insanın dünya həyatında bütün əməllərinin qarşılığını əskiksiz olaraq verər.Karma kimi xəyali bir anlayışın insanlara ədalət yaymasını gözləmək isə ağıl və məntiqdənkənar, batil bir inancdan başqa bir şey deyil.

 

Allah çox mərhəmətli və bağışlayandır

Quranın bir çox ayəsində Allahın mərhəmətli, şəfqətli və qullarına qarşı bağışlayıcı olduğu bildirilir:

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.(Həcc surəsi, 65)

Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(Şuəra surəsi, 9)

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.(Nisa surəsi, 110)

Sonsuz mərhəmət sahibi olan Allah tövbə etdikləri və davranışlarını düzəltdikləri təqdirdə qullarının günahlarını bağışlayar.Onların pis əməllərini yaxşı əməllərə çevirər və dünya həyatı boyunca onlara özlərini düzəltmələri üçün fürsət verər.Allah bir ayəsində, əgər insanları günahlarına görə dərhal cəzalandırsa, yer üzündə tək bir canlı belə qalmayacağını bildirir.Ancaq Allah qullarına vaxtverməklə onları imtahana çəkir və razılığını, rəhmətini və cənnətini qazanmaları üçün onların önünə saysız fürsət çıxarır.Bir ayədə Allahın insanlara bunun üçün vaxtverdiyi belə bildirilir:

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.(Nəhl surəsi, 61)

Allaha iman edən, Allahın sonsuz ədalət və mərhəmət sahibi olduğunu bilərək Ona təslim olan hər insan axirətdə ən kiçik bir haqsızlığa belə məruz qalmadan bu dünyada etdiklərinin qarşılığını tam olaraq alacağını bilməyin hüzur və arxayınlığı ilə yaşayar.

Özlərinə yol göstərici olaraq karma inancı kimi haqq olan dindən kənar qanunlar, qaydalar, əfsanələr seçənlər isə çox böyük bir səhv içindədirlər.Özləri yaradılmış, heç bir şeyi yaratmağa güc çatdıra bilməyən, aciz varlıqların və ya insanların, ad verərək uydurduqları xəyali qanunların özlərinə nə dünyada, nə də axirətdə bir fayda verməyəcəyindən qəflətdədirlər.Bu anlayışların saxta bir ilah olduğunu və insanlar arasında ədalət yaymağa, insanları təkrar dirildərək onların həyatlarını təyin etməyə gücləri olmadığını gözardı edirlər.Bu kəslər bilməlidirlər ki, insanların tək yaradıcısı, hökm və hikmət sahibi olan Allahdır.Allah bir ayəsində belə bildirir:

De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.(Ənam surəsi, 114)